PDF Oxu

Dünya

  • 871

Ali Radanın tribunası blokadaya alınıb

Ali Radanın tribunası blokadaya alınıb
"Ukrainskiye Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, sentyabrın 21-də Regionlar Partiyası Ali Rada təmsilçiləri parlament heyəti və tribunasını blokadaya almışlar. Tribuna qarşısına 30-dək müxalifətçi deputat toplanmışdı. Ali Rada heyətində isə 5 koalisiya nümayəndəsi qapalı otaqda oturmuşdu. Səhər tezdən Ali Radaya yığışmış regionçular müxalifətçiləri blokadaya almaq məqsədi güdürdülər. Koalisiya qüvvələri sentyabrın 21-də seçicilərin adlarına yazılmış vəsiqələr vasitəsi ilə kənar məntəqələrdə səs vermələrinə zəmin yaratmaq üçün qanun layihəsi qəbul etməyə cəhd etmişlər. Müxalifətçilər isə belə hesab edirlər ki, bu şəraitdə qəbul edilmiş qanun layihəsi oktyabrın 31-nə təyin edilmiş yerli əhəmiyyətli seçkilərdə kütləvi qanun pozuntusuna səbəb olacaqdır.

Digər xəbərlər