PDF Oxu

Dünya

  • 875

Əhmədinejad ABŞ-ı "humanist addım" atmağa çağırıb

Əhmədinejad ABŞ-ı "humanist addım" atmağa çağırıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata gюrə, İran prezidenti Mahmud Əhmədinejad юlkənin dюvlət televiziyasına verdiyi müsahibədə bildirmişdir ki, ABŞ Amerika turisti Sara Şurdun azadlığa buraxılmasına cavab olaraq, bir neçə İran məhbusunu əfv edə bilərdi. "Biz azadlığa buraxdımız şəxsin əvəzinə hər hansı bir xeyirxah addım gюzləmirik. Ancaq ABŞ hюkuməti Taylandda, Gürcüstanda, digər юlkələrdə, eləcə də, müəyyən mübadilə məhsullarının ixracı zamanı ABŞ da həbs etdiyi bir neçə İran vətəndaşını azadlığa buraxa bilərdi. Ümid edirik ki, ABŞ İranın əməlini müsbət dəyərləndirib humanist addım atacaqdır" deyə İran prezidenti bildirmişdir. Xatırladırıq ki, S.Şurd iki amerikalı ilə birlikdə 2009-cu ilin 31 iyulunda İranla İraq sərhədində həbs edilmiş və casusluqda günahlandırılmışdır.

Digər xəbərlər