PDF Oxu

Dünya

  • 840

Vladiqafqazda юlənlərin sayı 19 nəfərə çatıb

Vladiqafqazda юlənlərin sayı 19 nəfərə çatıb
"İTAR-TASS" informasiya agentliyinin sentyabrın 20-də yaydığı məlumata gюrə, Moskva xəstəxanasında daha bir qadın dünyasını dəyişdikdən sonra Vladiqafqazın mərkəzi bazarında baş vermiş partlayış nəticəsində юlənlərin sayı 19 nəfərə çatmışdır. Şimali Osetiya nümayəndəliyinin mətbuat xidmətinin əməkdaşının dediyinə gюrə, 44 yaşlı юlkə vətəndaşı Leyla Dzaqoyeva Rusiyanın 83 saylı federal tibbi-bioloji agentliyinin xəstəxanasında müalicə edilirdi. Həkimlərin dediklərinə gюrə, qadın ürək tutmasından vəfat etmişdir. Vladiqafqaz mərkəzi bazarında terror aktı sentyabrın 9-da tюrədilmişdir. "Volqa"da əyləşmiş kamikadze bazar yaxınlığında partlayıcı qurğunu işə salmışdır. Bazar mühafizəçilərinin avtomobili içəri buraxacaqları təqdirdə, həlak olanların sayının qat-qat çox olacağı bildirilirdi. İnsident nəticəsində 170 nəfər xəsarət almışdır. Vəziyyəti ağır olan 17 nəfər Moskva xəstəxanalarına çatdırılmışdır. Rusiya prezidentinin Şimali Qafqaz üzrə nümayəndəsi Aleksandr Xloponin jurnalistlərə verdiyi müsahibəsində bildirmişdir ki, terror aktı ilə əlaqəsi olan bəzi şəxsləri müəyyənləşdirmək mümkün olmuşdur.

Digər xəbərlər