PDF Oxu

Dünya

  • 985

İsrail hərbçiləri “HƏMAS”-ın döyüşçü qanadının liderini məhv ediblər

İsrail hərbçiləri “HƏMAS”-ın döyüşçü qanadının liderini məhv ediblər
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İsrail hərbçiləri "HƏMAS" hərəkatının döyüşçü qanadı olan liderini məhv etmişlər. İsrail silahlı qüvvələri və Fələstin xüsusi xidmət orqanlarının nümayəndələri məlumatın doğruluğunu təsdiq etmişlər. İyad Şilbaya "İzəddin əl-Kassam Əzabkeşlər Briqadası"nın komandiri kimi tanınırdı. İsrail ordusu İordan çayının Qərb sahilində yerləşən Nur-Şəms kəndindəki silahlıların düşərgələrinə reyd edərkən, TSAXAL hərbi qulluqçuları İ.Şilbayanı güllələmişlər. "Haaretz" qəzetinin yazdığına görə, İ.Şilbaya İsrail əsgərlərinə doğru qaçmış və onların dayanmaq haqda verdikləri əmrə qulaq asmamışdır. Əsgərlər isə atəş açmağa məcbur olmuşlar. Yalnız bundan sonra öldürülən şəxsin axtarışda olan cinayətkar olduğu müəyyən olmuşdur.

Digər xəbərlər