PDF Oxu

Dünya

  • 861

İlyumjinov Nyu-Yorkda terror aktlarının baş verdiyi yerdə şahmat mərkəzi tikməyi təklif edib

İlyumjinov Nyu-Yorkda terror aktlarının baş verdiyi yerdə şahmat mərkəzi tikməyi təklif edib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, FİDE-nin prezidenti Kirsan İlyumjinov Nyu-Yorkda terror aktları nəticəsində dağıdılmış əkizlər qülləsinin yerində şahmat akademiyası, şahmat məktəbi və Beynəlxalq Şahmat Mərkəzi inşa etməyi təklif etmişdir. "Biz Nyu-York meri vətəndaş Maykl Blumberqə və torpaq sahibinə bu təkliflə müraciət etmiş və onlara 100 milyon dollar təklif etmişik" deyə K.İlyumjinov bildirmişdir. Hazırda FİDE prezidenti Nyu-Yorkun hakimiyyət dairələrindən cavab gözləyir və öz nümayəndələrini oraya göndərməyə hazırdır. Sentyabrın 29-da FİDE-də prezident seçkiləri başlayacaq. Prezidentliyə namizədlikdə K.İlyumjinovun rəqiblərindən biri də FİDE versiyasında şahmat üzrə 12-ci dünya çempionu (1993-1999-cu illər) Anatoli Karpovdur. K.İlyumjinovun təklifinə Nyu-York rəhbərliyinin nə cavab verəcəyi məlum deyil. Ancaq həmin sahədə Ümumdünya Ticarət Mərkəzinin (ÜTM) inşa ediləcəyi nəzərdə tutulurdu. Nəhəng binalar kompleksi 3 ofis göydələnindən, dəmiryol, avtobus vağzallarından, memorial muzeydən ibarət olacaqdır. İnşa edilmiş ÜTM-də həm də 52 mərtəbəli qüllə tikiləcəkdir.

Digər xəbərlər