PDF Oxu

Dünya

  • 1 056

Naoto Kan yeni Yaponiya Nazirlər Kabinetinin heyəti haqda açıqlama verib

Naoto Kan yeni Yaponiya Nazirlər Kabinetinin heyəti haqda açıqlama verib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Yaponiyanın baş naziri Naoto Kan sentyabrın 17-də yeni hökumətin tərkibi haqda açıqlama vermişdir. Yeni Nazirlər Kabinetinin ən azı 7 başlıca postu hökumətin əvvəlki tərkibinə daxil edilməyən namizədlərə verilmişdir. Katsui Okadanın postu ölkənin yeni xarici işlər naziri Seydzi Maexara verilmişdir. Bu şəxs əvvəllər nəqliyyat naziri və Yaponiya Demokratik Partiyasının başçısı olmuşdur. Bu şəxsin başlıca vəzifəsi Çinlə münasibətləri normallaşdırmaq və Amerikanın Okinava adasındakı hərbi bazası məsələsinin həllini tapmaqdır. Katsui Okada isə, öz növbəsində, Yaponiya Demokratik Partiyasının baş katibi vəzifəsini icra edəcəkdir. N.Kan ədliyyə, ticarət, təhsil, səhiyyə, kənd təsərrüfatı, turizm və istehlak məsələləri üzrə nazirləri başqaları ilə əvəz etmişdir. Müdafiə naziri Tosimi Kitadzava və maliyyə xidməti naziri Sedzaburo Dzimi öz postlarında qalmışlar. N.Kanın "sağ əli" hesab edilən Nazirlər Kabinetinin baş katibi Esito Senqoku da öz postunda saxlanmışdır. Yeni hökumət elə cümə günü imperator qarşısında sədaqət andı içmişdir.

Digər xəbərlər