PDF Oxu

Dünya

  • 958

Belarusda prezident seçkilərinin vaxtı müəyyənləşib

Belarusda prezident seçkilərinin vaxtı müəyyənləşib
"RİA - Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Belarusda növbədənkənar prezident seçiklərinin vaxtı müəyyənləşmişdir. Agentlik seçkilərin cari ilin 19 dekabrında keçiriləcəyini bildirir. Müvafiq qərar Belarus parlamentinin Nümayəndələr Palatasının növbədənkənar sessiyasında qəbul edilmişdir. Parlamentarilər qərarı yekdilliklə dəstəkləmişlər. Belarus qanunvericiliyinə əsasən prezident seçkiləri iqtidarda olan dövlət başçısının səlahiyyət müddətinin başa çatmasına iki ay qalmış keçirilməlidir. Bu da seçkilərin ən son müddətinin 2011-ci ilin 6 fevralı olduğu qənaətini möhkəmləndirir. "BELTA"-nın məlumatına görə, seçkilərin 19 dekabra təyin edilməsinin səbəbi "seçicilər üçün münasib vaxtın seçilməsi ilə" və eləcə də, digər faktorlarla əlaqədar olmuşdur. Hazırda Belarus prezidenti postunu Aleksandr Lukaşenko tutmaqdadır. O, bu vəzifəni 1994-cü il seçkilərindən etibarən ardıcıl olaraq tutmağa başlamışdır. O, növbəti prezident seçkilərində də gücünü sınamağa hazırlaşır. Yaxınlaşmaqda olan prezident seçkisinin vacib xüsusiyyətlərdən biri budur ki, iqtidarda olan prezident A.Lukaşenko Rusiyanın hakimiyyət dairələrinin etimadını itirmişdir. Son aylarda Rusiyanın telekompaniyaları Belarus prezidenti əleyhinə informasiya təbliğatını gücləndirməyə başlamışdır. Bu kampaniya "ticarət müharibələri" fonunda aparılır. Söhbət Rusiyadan Belarusa ötürülən neft-qaz məhsullarından və eləcə də, Belarusun qida məhsullarının Rusiyaya ixrac edilməsindən gedir.

Digər xəbərlər