PDF Oxu

Dünya

  • 1 104

İnquş silahlısı Yakutiyada həbs edilib

İnquş silahlısı Yakutiyada həbs edilib
"İnterfaks" informasiya agentliyinin Yakutiyanın Federal Xidmət Bürosuna əsaslanaraq, yaydığı məlumata görə, Yakutiyanın Aldan şəhərində İnquşetiyada qeyri-qanuni silahlı formalaşmaların təşkilində iştirak edən kişi həbs edilmişdir. Yakutiya FXB-si silahlının İnquşetiyanın Malqobeq rayonundakı "Camaatlığa" mənsub olduğunu bildirmişdir. Həmin qruplaşmanın milis əməkdaşının qətlində əli olduğu bildirilir. Həmin şəxs Aldan şəhərində sentyabrın 10-da həbs edilmişdir. Onu dərhal İnquşetiyaya göndərmişlər. O, bandit birləşməsinin təşkilində, silah və partlayıcı qurğu saxlamaqda ittiham edilir. Sentyabrın əvvəllərində Şimali Qafqaz ərazisində gizli bandit dəstəsinin iştirakçısı Dmitri Danilovun məhv edildiyi haqda məlumat vermişdir. D.Danilov Moskva metrostansiyalarında terror aktı törətmiş Maqomedali Vaqabovun qruplaşmasına daxil idi.

Digər xəbərlər