PDF Oxu

Dünya

  • 1 047

Pakistanda 11 talib məhv edilib

Pakistanda 11 talib məhv edilib
"Frans Press" informasiya agentliyinin sentyabrın 15-də yaydığı məlumata görə, Pakistanın şimal-qərbində "Əl-Kaidə" və "Taliban" terrorçuluq şəbəkələri ilə əlaqədə olduğu ehtimal edilən ən azı 11 silahlı bir neçə aviasiya zərbəsi ilə məhv edilmişdir. ABŞ-ın pilotsuz uçan aparatları silahlıların sığınacaqlarına 7 raket zərbəsi endirmişdir. Başlıca məqsəd Şimali Vəziristan əyalətində islamçı qruplaşmalarının fəallıq göstərdikləri iki pozisiyaya aviasiya zərbələri endirmək olmuşdur. Yerli sakinlərin dediklərinə görə, raket zərbəsinə məruz qalmış hər iki ev taliblərə həvalə edilmişdir və yerli icma üzvlərinə mənsub olmuşdur. ABŞ-da belə hesab edirlər ki, Pakistanın şimalında "Əl-Kaidə"nin başlıca qüvvələri gizlənir. Amerika hərbçiləri Pakistanın bu hissəsində birbaşa hərbi əməliyyatlar aparmırlar. Ancaq bu ərazidə pilotsuz uçan aparatlardan istifadə etmək hüququndadırlar. Sentyabrın əvvəllərindən indiyədək Amerikanın uçan pilotsuz aparatları Pakistanın şimalında 70-dən çox silahlı sığınacağını məhv etmişdir. Son böyük hücum sentyabrın 14-də baş tutmuşdur. Həmin gün ölkənin bütün ərazisində 15 "Taliban" silahlısı məhv edilmişdir.

Digər xəbərlər