PDF Oxu

Dünya

  • 728

İran Amerika turistini azadlığa buraxıb

İran Amerika turistini azadlığa buraxıb
"Press TV" ingilisdilli İran telekanalının məlumatına görə, 2009-cu ilin iyulunda casusluqda şübhəli bilinərək həbs edilmiş Amkerika turisti Sara Şurd İran hökuməti tərəfindən azadlığa buraxılmışdır. İlkin məlumata görə, Amerika tərəf 500 min dolları İran tərəfinə ödədikdən sonra S.Şurd azad edilmişdir. ABŞ-ın Tehranda maraqlarını təmin edən İsveçrə səfirliyi S.Şurdun buraxılması haqda şərh verməmişdir. Bir müddət əvvəl, prokurorluq 500 min dollar tələb edəndə, S.Şurdun ailəsinin bu məbləği yığmaq imkanı olmadığı məlum olmuşdur. ABŞ hökuməti də, öz növbəsində, bu məbləği ödəməkdən imtina etmişdir. S.Şurd digər iki amerikalı Şeyn Bauer və Coşua Fettalla birlikdə 2009-cu il 31 iyulda İraqla İran sərhədində həbs edilmişdir. Onların hər üçü qeyri-qanuni surətdə sərhədi keçməkdə casusluqda ittiham edilmişdilər. Amerikalılar isə İraqın görməli yerlərini gəzərkən təsadüfən sərhədi keçdiklərini bildirirdilər.

Digər xəbərlər