PDF Oxu

Dünya

  • 711

Vladiqafqazda terror aktının təşkilatçıları haqda məlumat verən şəxs mükafatlandırılacaq

Vladiqafqazda terror aktının təşkilatçıları haqda məlumat verən şəxs mükafatlandırılacaq
"15-ci region" Şimali Osetiya informasiya saytının məlumatına görə, Şimali Osetiyanın hakimiyyət dairələri sentyabrın 9-da Vladiqafqazda baş vermiş terror aktının təşkilatçıları və icraçıları haqda məlumat verən şəxsə 1 milyon rubl məbləğində mükafat vəd etmişlər. Hüquq-mühafizə orqanı əməkdaşları məlumat verən şəxslərin anonimliyinə təminat verir. Zənglər respublika ərazisində fəaliyyət göstərən Federal Xidmət Bürosu və Daxili İşlər Nazirliyinin etimad telefonu ilə qəbul edilir. Qeyd edək ki, Vladiqafqazda terror aktı mərkəzi bazarın giriş hissəsində baş vermişdir. Partlayıcı qurğunu avtomobilə bərkitmiş kamikadze onu işə salmışdır. Nəticədə 17 nəfər həlak olmuş, 70 nəfər yaralanmışdır. 3 nəfər şübhəli şəxsin həbs edildiyi bildirlir, ancaq onlar haqda məlumat verilmir.

Digər xəbərlər