PDF Oxu

Dünya

  • 625

Qəzaya uğramış təyyarədə 36 adam sağ qalıb

Qəzaya uğramış təyyarədə 36 adam sağ qalıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, sentyabrın 13-də Venesuelanın hakimiyyət dairələri Bolivar ştatının Puerto Ordaz şəhəri yaxınlığında qəzaya uğramış sərnişin təyyarəsinin bortunda 36 nəfərin sağ qaldığı haqda bəyanat vermişdir. ATR-42 təyyarəsində 15 nəfər həlak olmuşdur. Böyük əksəriyyətində yanıq aşkar edilmiş xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilmişlər. Həkimlərin dediklərinə görə, xilas edilənlərin hamısının vəziyyəti qənaətbəxşdir. Bu faktların doğruluğunu Venesuelanın "El Nacional" nəşri də təsdiq edir. "Assoşieyted Press" 14 nəfərin həlak olduğunu, 33 nəfərin yaralandığını, 4 nəfər haqda isə məlumatın olmadığını bildirir. İki mühərrikli Fransa istehsalı olan boruvintcikli təyyarə "Conviasa" dövlət avikampaniyasına məxsus olmuşdur. Bu təyyarə sentyabrın 13-də Marqarita adasından Puerto Ordaz reysi ilə uçurdu. Eniş yerinə 10 kilometr qalmış təyyarə yerə düşüb yanmışdır. Dörd təyyarə ekipajı da daxil olmaqla təyyarənin bortunda 51 nəfər adam olmuşdur.

Digər xəbərlər