PDF Oxu

Dünya

  • 793

Barak Obama islama qarşı vuruşmayacağını bildirib

Barak Obama islama qarşı vuruşmayacağını bildirib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində 11 sentyabr 2001-ci il terror aktlarının 9-cu ildönümü ilə əlaqədar matəm mərasimləri keçirilmişdir. Məlum olduğu kimi, o vaxt 3 min nəfərə yaxın adam həlak olmuşdur. ABŞ prezidenti B.Obama öz çıxışında amerikalıları dözümlü olmağa çağırmışdır. O, qeyd etmişdir ki, "Amerika heç vaxt islama qarşı müharibə aparmayacaqdır." Matəm mərasimi sentyabrın 11-də yerli vaxtla səhər saat 08.46 dəqiqədə ÜTM-in Şərq Sahilində başlanmışdır. Xatırladaq ki, məhz həmin anlarda terrorçuların qaçırdıqları birinci təyyarə məhz burada Ümumdünya Ticarət Mərkəzinin şərq qülləsinə çırpılmışdır. Bu və digər terrorçuluq aktlarını nəzərdə tutan B.Obama çıxışında demişdir: "Həmin sentyabr günündə bizə islam dini hücum etməmişdir. Bizə hücum edən özlərini islam dininə bulaşdıran "Əl-Kaidə" terrorçuları olmuşdur". ÜTT-nin dağıdılmış yeri yaxınlığında Müsəlman Mədəniyyət Mərkəzi ətrafında ciddi qalmaqal yaranmışdı. Nyu-York və eləcə də, ABŞ-ın bir çox şəhərlərinin sakinləri məscidin tikintisi əleyhinə çıxmışlar. Ancaq Nyu-York meri və ABŞ dövlət rəhbərliyi Müsəlman Mədəniyyət Mərkəzinin tikintisində heç bir təhqir əlamətlərinin olmadığını bildirmişdir. Amerika pastoru Terri Consun həmin gün Quranın bir neçə nüsxəsinin yandırılması ilə bağlı bəyanatı da geniş rezonans doğurmuşdur. Ancaq onu bu hərəkəti etməməyə sövq edə bilmişlər. Buna baxmayaraq, ABŞ-ın başqa bir ştatında iki xristian din xadimi Quranın bir neçə nüsxəsini yandırmışdır.

Digər xəbərlər