PDF Oxu

Dünya

  • 672

Yuşşenko partiyasının rəhbərliyi istefaya çıxıb

Yuşşenko partiyasının rəhbərliyi istefaya çıxıb
"UNİAN" informasiya agentliyinin yaydığı məlumata görə, keçmiş Ukrayna prezidenti Viktor Yuşşenkonun başçılıq etdiyi "Bizim Ukrayna" partiyası siyasi şurasının idarə heyəti istefaya çıxmışdır. Bu qərar sentyabrın 11-də siyasi şuranın yığıncağında yekdilliklə qəbul edilmişdir. V.Yuşşenko partiya başçılığından istefaya çıxmaq arzusunu ifadə etdikdən və "Bizim Ukrayna"nın siyasi şurası 2010-cu il prezident seçkiləri kampaniyası zamanı partiyanın işinə qiymət verdikdən sonra istefa qərarını qəbul etmişdir. Xatırladırıq ki, Ukrayna prezident seçkilərinin ikinci turunda Viktor Yanukoviç qalib gəlmişdir. V.Yuşşenko seçkilərin birinci turunda 5 faizdən artıq səs yığaraq növbəti turda iştirak etmək hüququnu itirmişdir.

Digər xəbərlər