PDF Oxu

Dünya

  • 831

İran amerikalı qadını azadlığa buraxmaq üçün 500 min dollar tələb edib

İran amerikalı qadını azadlığa buraxmaq üçün 500 min dollar tələb edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İran amerikalı turist qadın Sara Şurdu azadlığa buraxmaq üçün 500 min dollar tələb etmişdir. İranın şərtini sentyabrın 12-də baş prokuror Cəfəri Dövlətəbadi irəli sürmüşdür. Onun dediyinə görə, S.Şurd pul İran tərəfə çatdıqdan sonra, azadlığa buraxılacaqdır. Prokurorun dediyinə görə, S.Şurdun vəkilləri Tehranın tələbi ilə tanışdırlar. Bir müddət əvvəl, S.Şurdun sentyabrın 11-də Ramazan bayramı başa çatdıqdan sonra buraxılacağı haqda məlumat yayılmışdı. Bu qərarı İran prezidenti Mahmud Əhmədinejadın qəbul etdiyi bildirilirdi. Ancaq son məqamlarda İran hökuməti öz qərarını dəyişmişdir. ABŞ vətəndaşları S.Şurd, Şeyn Bauer və Coşua Fettal 2009-cu ilin iyulunda İraqla sərhəd yaxınlığında həbs edilmişlər. Həbs edilənlər isə səhvən İran ərazisinə keçdiklərini bildirmişlər. 2011-ci ilin aprelində "Evin" Tehran həbsxanasında saxlanılan məhbuslar casusluq ittihamı səbəbindən aclıq aksiyasına başlamışlar. 2010-cu ilin iyulunda onlar kömək üçün İranın ali dini lideri ayətullah Əli Xameneiyə müraciət etmişlər. Sentyabrın 9-da isə məhbusların birinin azadlığa buraxılacağı haqda bəyanat yayılmışdır.

Digər xəbərlər