PDF Oxu

Dünya

  • 695

Fransada tətil həftəsi başlanıb

Fransada tətil həftəsi başlanıb
"France 24" qəzetinin yazdığına görə, Fransada sentyabrın 6-da başlanan müəllimlərin ümummilli tətili davam etməkdədir. Etiraz aksiyasının həftənin sonuna kimi davam edəcəyi gözlənilir. Fransanın orta və ali məktəb müəllimləri rəhbərlik tərəfindən olunan ixtisarlara etirazlarını bildirir və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Tətilə Fransanın iki nəhəng müəllimlər həmkarlar ittifaqları başçılıq edir.
"Frans Press"in məlumatına görə, tətildə Fransanın müəllimlərinin dördə üçü iştirak edir. Ölkənin Təhsil Nazirliyinin məlumatına görə, işə yalnız 5-7 faiz müəllim çıxmamışdır. Tətildə orta və ali məktəb müəllimləri ilə yanaşı, uşaq bağçalarının, ölkə nəqliyyatının və mətbuat xidmətinin əməkdaşları da iştirak etmişdir. Həmkarlar İttifaqlarının nümayəndləri yaxın saatlarda nümayişçilərin sayının bir neçə milyona çatacağını bildirirlər.
Nümayişçilərin narazılığının əsas səbəbi 2018-ci ilədək müəllimlərin pensiya yaşı həddinin 60-dan 62-yə qaldırılması olmuşdur.

Digər xəbərlər