PDF Oxu

Dünya

  • 989

Çin milyarderi sərvətini xeyriyyə təşkilatına vəsiyyət edəcək

Çin milyarderi sərvətini xeyriyyə təşkilatına vəsiyyət edəcək
"Sinxua" Çin informasiya agentliyinin yaydığı məlumata görə, ölkə milyarderi Çen Quanbyao ölümündən sonra öz sərvətini xeyriyyə təşkilatlarına vəsiyyət edəcəyini bəyan etmişdir. Bununla da, o, "The Giving Pledge" invenstoru Uorren Baffet və "Microsoft" təşkilatının yaradıcısı Bill Geytsin təşəbbüsünə qoşulan ilk milyarder olmuşdur. "Jiangsu Huangpu Renewable Resources Utilization" təşkilatının direktorlar şurasının sədrinin hesablamalarına görə, Çen Quanbyaonun sərvətinin ümumi dəyəri 5 milyard yuan (735 milyon dollar) məbləğindədir. Sentyabrın axırlarında Baffet və Geyts Çinə səfər edəcək və yerli varlıların digərlərinin xeyriyyə fonduna ianə vermələrini xahiş edəcəklər. Sentyabrın 29-da Pekində baş tutacaq banketə Çen Quanbyao da daxil olmaqla 50 Çin biznesmeni dəvət edilmişdir. Avqustun əvvəllərində Baffet və Geytsin təşəbbüsünə 38 ABŞ milyoneri qoşulmuşdur. Onların arasında rejissor Corc Lukasın, Nyu-York meri Maykl Blumberqin, "CNN" kompaniyasının yaradıcısı Ted Ternerin, filantrop Devid Rokfellerin və "Microsoft"un yaradıcısı Pol Allenin adları çəkilir.

Digər xəbərlər