PDF Oxu

Dünya

  • 14

İndiyədək yer altında qalan şaxtaçılar narahat olmağa başlayıblar

İndiyədək yer altında qalan şaxtaçılar narahat olmağa başlayıblar
"Qardian" qəzetinin yazdığına görə, bir ay müddətində Çili şaxtasında qalan fəhlələr məhdudlaşmalar əleyhinə etiraz səslərini qaldırmışlar. Onların başlıca narazılıqları ailə üzvlərindən yalnız nikbin məktublar alacaqlarına verilən vəd olmuşdur. Şaxtaçıların dediklərinə görə, ailə üzvləri haqda məlumat azlığı onların psixoloji vəziyyətlərinə daha ağır təsir edir. Onlar tələb edirlər ki, yer altında onlara digər qida maddələri ilə yanaşı, alkoqollu içkilər və siqaret də versinlər. Xatırladırıq ki, NASA mütəxəssisləri spirtli içkilərin və siqaretin onların sağlamlıqlarına pis təsir edəcəyini bildirmişdi. Şaxtaçılar həm də kiçik vaqoncuqlarda şaxtanın dərin qatlarına getməkdən çəkinmirlər. Mütəxəssislər isə onların bu hərəkətlərinin təhlükəli sonluqla bitəcəyindən ehtiyat edir. 800 metr dərinlikdə qalan şaxtaçılar etiraz əlaməti olaraq onlara göndərilən qidaları və meyvələri yeməkdən imtina edirlər. Son məlumata görə, şaxtaçıların 5 nəfəri depressiya həddindədir. Xatırladırıq ki, Cənubi Amerika şaxtalarından birində 33 Çili və 1 Boliviya şaxtaçısı bir aydır ki, yer altında qalmaqdadırlar. Xilasedicilik əməliyyatları başlansa da, iş yavaş getdiyindən, əməliyyatın dekabrın ortalarınadək davam edəcəyi gözlənilir. Mütəxəssislər ehtiyat edirlər ki, sürətli qazıntı aparılması şaxtaçıların ölümü ilə nəticələnə bilər.

Digər xəbərlər