PDF Oxu

Dünya

  • 13

Yeni Azərbaycan Partiyası bu seçkilərin də qalibi olacaq

Yeni Azərbaycan Partiyası bu seçkilərin də qalibi olacaq
- Nurlanə xanım, parlament seçkiləri ərəfəsi ölkədəki ictimai-siyasi vəziyyəti necə xarakterizə edərdiniz?
- İlk öncə, onu qeyd edim ki, ölkə Prezidentinin Sərəncamı ilə Milli Məclisə dördüncü çağırış seçkilərin keçirilməsinə start verilib. Son 20 il ərzində Milli Məclis formalaşaraq, güclü qanunverici orqana çevrilmişdir. Müasir və güclü Azərbaycan dövlətinin əsas qayəsi olan vətəndaşların hüquq və azadlıqlarının geniş aspektdə təbliği ilə bağlı yetərli addımlar atılıb. Bu gün Milli Məclis tərəfindən demokratik əsaslara malik olan mükəmməl qanunlar qəbul edilib. Azərbaycanın seçki qanunvericiliyində aparılan təkamül nəzəriyyələri birbaşa vətəndaşların istək və arzularının tərənnümü kimi xarakterizə edilir. Elə bu baxımdan da seçki məsələsi dövlətimizin və cəmiyyətimizin inkişaf təzahürlərini özündə əks etdirən ən başlıca prinsiplərdəndir. Ölkəmizdə bütün seçkilər ərəfəsi ciddi hazırlıq işlərinin aparılması sonda seçkinin demokratik, azad, ədalətli və şəffaf keçməsinə imkan yaradır. Bu gün iqtisadiyyatımız yüksələn templə inkişaf etdikcə qanunlarımız da təkmilləşir. Bütün bu nailiyyətlər məhz ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana ikinci dəfə ali siyasi hakimiyyətə qayıdışı zamanı ölkədə yaratdığı ictimai-siyasi vəziyyətin stabilləşdirilməsi nəticəsində əldə olunmuşdur. Bu gün isə bu siyasət ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilir.
- Sizcə, demokratik prinsiplərə nə dərəcədə riayət edilir?
- Bu gün ölkəmizin demokratik dəyərlərlə idarə edilməsi və dünya miqyasında layiqli formada təmsil edilməsi üçün ən prinsipial vəzifələr yerinə yetirilir. Seçki məsələsi də bu istiqamətdə ən ümdə vəzifələrdən biri kimi xarakterizə olunur. Ölkəmizdə bu günə qədər keçirilmiş bütün seçki proseslərində vətəndaşların istək və arzularının geniş anlamda tərənnüm olunması deyilənlərin bariz nümunəsidir. Çünki cəmiyyətimiz inkişaf etdikcə, istənilən məsələnin həlli mümkün görünür. Milli strategiyamızın müəyyənləşməsi və dövlətçiliyimizin möhkəm təməllər üzərində bərqərar olunması ulu öndərin adı ilə bağlı olduğu üçün buradakı demokratik göstəricilər də Onun adı ilə bağlıdır. Ölkəmizin zəngin tarixi irsə malik olmasını nəzərə alan ulu öndər Heydər Əliyev milli kimliyimizin beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində səylər göstərib. Eyni zamanda, bir zərurəti də nəzərə almaq lazımdır ki, Azərbaycanda milli dövlətçiliyin qurulması təkcə tarixi köklərlə izah olunmur. Burada, həmçinin, demokratik dəyərlərin də, təzahür tapması vacib amil kimi qiymətləndirilir. Ona görə də, ulu öndərimiz Heydər Əliyev Azərbaycanda demokratik dəyərlərin təbliğində və formalaşmasında daim mühüm addımlar atıb. Bu gün də məhz həmin strategiyanın tərəfləri özünü göstərməkdədir. Ulu öndər Heydər Əliyevi ən layiqli davamçısı olan Prezident İlham Əliyev müəyyənləşmiş olan inkişaf konsepsiyasını daha da irəliyə aparmaqla dövlətimizin sivil dəyərlərə töhfəsi üçün əlindən gələni əsirgəmir. Seçki Məcəlləsinin də günün tələblərinə uyğunlaşması yuxarıda sadaladığımız məsələlərin tərkib hissəsidir. Çünki demokratik dəyərlərlə idarə olunan bir ölkədə Seçki Məcəlləsinin geniş anlamda təzahür olunması vacibdir. Bu baxımdan da, ölkəmizdə keçirilmiş seçkilərin hər biri ayrı-ayrılıqda şəfaflığı və demokratikliyi ilə səciyyələnib.
- YAP rəhbərliyinin iştirakı ilə Bakıda və eləcə də bölgələrdə əhali ilə geniş görüşlər keçirilir. Sizcə, bu görüşlərin parlament seçkilərində seçici fəallığının artmasına nə dərəcədə təsiri olacaq?
- Bilirsiniz, bu gün xalqımız ağı qaradan seçməyi yaxşı bacarır. YAP rəhbərliyinin iştirakı ilə keçirilən görüşlərin keçirilməsi isə, bu seçimi daha da düzgün istiqamətə yönəldir. Eyni zamanda, seçkiərəfəsi seçicinin fəallığının artmasına da müsbət təsir edir. Əvvəlki seçkilərdə bu fəallığın şahidi olmuşuq. Bu gün keçirilmiş bütün seçki proseslərində xalqımız yüksək fəallıq nümayiş etdirir. İnsanlar başa düşür ki, cəmiyyətin formalaşmasında və inkişafında seçki prosesi çox önəmlidir. Eyni zamanda, bir zərurəti də nəzərə almaq lazımdır ki, Azərbaycanda milli dövlətçiliyin qurulması təkcə tarixi köklərlə izah olunmur. Burada, həmçinin, demokratik dəyərlərin də, təzahür tapması vacib amil kimi qiymətləndirilir. Ona görə də, ulu öndəərimiz Heydər Əliyev Azərbaycanda demokratik dəyərlərin təbliğində və formalaşmasında daima mühüm addımlar atıb. Bu gün də ulu öndər Heydər Əliyevi ən layiqli davamçısı Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev müəyyənləşmiş olan inkişaf konsepsiyasını daha da irəliyə aparmaqla dövlətimizin sivil dəyərlərə töhfəsi üçün əlindən gələni əsirgəmir.
- Nurlana xanım, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası seçkilərərəfəsi seçici qadınlarla əlaqələrini hansı formada qurmağı nəzərdə tutur?
- Bildiyiniz kimi, cəmiyyətimiz inkişaf etdikcə, burada proseslər də daha geniş anlamda öz yerini tutur. Eyni zamanda, bu proseslərdə qadınlarımızın fəaliyyətini qeyd etməmək mümkün deyil. Azərbaycan qadını özünün ictimai-siyasi fəallığı, sədaqəti, ailəyə bağlılığı və fədakarlığı sayəsində bütün Şərq və Qərb dünyası üçün örnəyə çevrilib. Ölkəmizdə dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi və dövlət siyasəti səviyyəsinə yüksəldilməsi, məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğu danılmaz faktdır. Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən dövlət başçısı İlham Əliyev isə qeyd edib ki, "cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadınının bundan sonra da müstəqil dövlətimizin tərəqqisinə töhfələr verəcəyinə əminəm". Ölkənin uğurlu iqtisadi-siyasi inkişafında qadınlarımız nə üçün öz töhfəsini verməsinlər? Adətən, ictimai-siyasi işlərdə kişilərin olduğunu bildirirlər. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də ictimai xadimdir. Ona görə də, ötən bələdiyyə seçkilərində olduğu kimi, növbəti parlament seçkilərində də YAP Qadınlar Şurası Azərbaycanın bütün bölgələrində partiyamızın üzvü olan qadınlarla görüşlər keçirməyi nəzərdə tutur. Bu görüşlərin keçirilməsində məqsəd parlament seçkiləri ilə əlaqədar partiyanı təmsil edən qadınlarla görüşüb müzakirələr aparmaqdır. Eyni zamanda, Qadınlar Şurasının ümumilikdə gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılır. Çünki bu görüşlər çox səmərəli olur. Bizi sevindirən cəhət odur ki, hətta ən ucqar rayonların qadınları ölkədəki ictimai-prosesləri diqqətlə izləyir və öz mövqelərini ortaya qoyurlar. Bu gün Azərbaycan qadını ictimai-siyasi proseslərdə fəal iştirak edirlər, eləcə də, dövlət idarəçiliyində onların təmsilçiliyi yüksəkdir.
- Sizcə, ulu öndər Heydər Əliyevin YAP qadınları qarşısında qoyduğu vəzifələr yetərincə yerinə yetirilə bilibmi?
- Fəaliyyəti dövründə partiyamızın qurucusu, ulu öndər Heydər Əliyev Azərbaycan qadınına böyük hörmətlə yanaşıb, onun cəmiyyətdə layiqli yer tutmasına çalışıb, onların YAP-ın həyatında da fəal iştirakını təmin edib. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən ümummilli liderimiz onların milli xüsüsiyyətlərini olduqca yüksək dəyərləndirib: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır. Qadın ailə saxlayan bir insandır. Ona görə də, bütün qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli rol oynayırlar. Mən bunları deyərək, qadınların bizim üçün nə qədər əziz olduğunu bir daha bəyan etmək istəyirəm".

Digər xəbərlər