Yaponiyada iqtisadiyyat üzrə özünəqəsdlərin hesabatı aparılıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, 2009-cu ildə Yaponiyada baş vermiş özünəqəsd və depressiyalar ölkə iqtisadiyyatına 2,68 trilyon ien (31,8 milyard dollar) zərər vurmuşdur. Yaponiya hökuməti tarixində ilk dəfə olaraq, özünəqəsd hallarının iqtisadiyyata vurduğu zərəri müəyyənləşdirmişdir. Hesabat zamanı vətəndaşların tibbi ödəncləri, depressiyada olanların və özlərinə qəsd edənlərin ailələrinin itkiləri nəzərə alınmışdır. 2009-cu ildə 15-69 yaş arasında olub öz həyatına qəsd edən 26,5 min əmək qabiliyyətli yaponların dövlətdən ala bilmədikləri gəlirin məbləği 1,9 trilyon ien (22,5 milyard dollar) həddində olmuşdur.
Xatırladırıq ki, Yaponiya inkişaf etmiş ölkələr arasında sui-qəsdlərin sayına görə rekordsmen hesab edilir. Yalnız 2009-cu ildə 32,8 min yapon öz həyatına qəsd etmişdir. Beynəlxalq Səhiyyə Təşkilatının təlimatına görə Yaponiyada il ərzində 100 min nəfər kişidən orta hesabla 35,8 faizi özünə qəsd edir. Böyük Britaniyada özünə qəsd edənlərin sayı 3 dəfə aşağıdır. Dünyada yeddi ölkə vardır ki, Yaponiyaya nisbətən daha tez özlərinə qəsd edirlər. Misal üçün, Belarusda il ərzində hər 100 min nəfərdən 63,3 faizi özünə qəsd edir.