PDF Oxu

Dünya

  • 9

Almaniyada 400 radikal islamçı fəaliyyət göstərir

Almaniyada 400 radikal islamçı fəaliyyət göstərir
"Der Taqeşpigel" qəzetinə müsahibə verən Almaniya federal cinyaət polisi idarəsinin başçısı Yorq Zirkenin dediyinə görə, hazırda Almaniya Federativ Respublikası ərazisində 400-ə yaxın radikal islamçı qüvvələr fəaliyyət göstərir və onlardan 131 nəfəri xüsusi təhlükəliliyi ilə fərqlənir. Onun dediyinə görə, daha 278 nəfər isə radikal ideyalara rəğbətlə yanaşır. Y.Zirke belə hesab edir ki, Almaniyada fəaliyyət göstərən islam radikalları siyasi motivlər əsasında cinayət əməllərinə yol verməyə meyillidirlər. Federal polis idarəsinin başçısı 70 nəfərədək islamçının məşq düşərgələrində təlim kursu keçdiyi qənaətindədir. Daha 40 nəfərin isə Əfqanıstan ərazisində gedən döyüş əməliyyatlarında iştirak etdiyi ehtimal edilir. Y.Zirkenin fikrincə, Almaniyadakı islam radikalları, mütəmadi olaraq, Pakistan və Əfqanıstan ərazisinə gedirlər.

Digər xəbərlər