PDF Oxu

Dünya

  • 14

Pakistan talibləri ABŞ və Avropanı terror aktları ilə hədələyiblər

Pakistan talibləri ABŞ və Avropanı terror aktları ilə hədələyiblər
"Taliban" hərəkatının Pakistan bölməsi ABŞ və Avropanı yeni terror aktları ilə hədələmişlər. Bu cür bəyanatla "Taliban"ın Pakistan bölməsinin məxfi komandiri Qari Hüseyn çıxış etmişdir. "Taliban" komandiri hücumları Amerikanın pilotsuz təyyarələrinin aviasiya zərbələrinə cavab kimi qiymətləndirmişdir. "Barak Obama və onun müttəfiqləri bizim düşmənlərimizdir və onlar bizdən qorxurlar" deyə Qari Hüseyn bildirmişdir. Pakistan talibləri Amerika hakimiyyət dairələrinin onların hərəkatlarını terrorçu təşkilat kimi qeydə almalarından əsla narahat deyillər. Q.Hüseyn Pakistan və Əfqanıstan ərazisində koalisiya qüvvələrinə genişmiqyaslı hücum əməliyyatları keçirəcəklərini bildirmişlər. "Başlıca məqsədimiz Amerika və onun müttəfiqlərini məhv etməkdir" deyə Q.Hüseyn vurğulamışdır. Q.Hüseyn bu bəyanatını ABŞ hakimiyyət dairələrinin Pakistan taliblərini terrorçu qruplaşma kimi qeydə aldıqdan sonra vermişdir. Bu bəyanat sentyabrın 1-də ABŞ Dövlət Departamentinin saytında yerləşdirilmişdir. Xarici ölkə terrorçu təşkilatları siyahısında adı hallanan Fayzal Şahzad Pakistan taliblərinin düşərgələrində hazırlıq kursu keçdikdən sonra, Nyu-York şəhərinin Tayms-Skver küçəsində terroçuluq aktı törətməyə cəhd etmişdir. "Taliban"ın Pakistan bölməsi 2007-ci ildə yaradılmışdır. Silahlı qruplaşma Pakistan ordusu, ABŞ və Əfqanıstandakı NATO qüvvələrinə qarşı mübarizə aparır. "Taliban" hərəkatı 2006-cı ildən etibarən terrorçu təşkilat hesab edilir. "Frans Press" agentliyinin məlumatına görə, Pakistanın şimal-qərbində yerləşən polis məntəqələrindən biri yaxınlığında kamikadze içərisinə partlayıcı qurğu bərkidilmiş avtomobildə partlayış törədilmişdir. Nəticədə 14 nəfər həlak olmuş, 34 nəfər yaralanmışdır. Həlak olanların 9 nəfəri polis əməkdaşı olmuşdur. İnsident Lakki Marvat şəhərində baş vermişdir. Bu ərazi "Taliban" hərəkatı döyüşçülərinin nəzarəti altındadır.

Digər xəbərlər