PDF Oxu

Dünya

  • 12

İsrail HHQ-si Qəzza bölgəsinə raket zərbəsi endirib

İsrail HHQ-si Qəzza bölgəsinə raket zərbəsi endirib
"Röyter" informasiya agentliyinin məlumatına görə, sentyabrın 4-də İsrailin hərbi-hava qüvvələri Qəzza bölgəsini raket atəşinə tutmuşdur. Raket zərbələri, əsasən, Qəzza bölgəsi ilə Misir arasında olan sərhəddəki yeraltı tunellərin məhv edilməsi məqsədilə endirilmişdir. Fələstin mənbələrinin məlumatına görə, iki nəfər yaralanmışdır. TSAXAL komandanlığı Qəzza bölgələrinə raket zərbələri haqda rəsmi məlumat yayımlamamışdır. Ancaq verilən məlumata görə, şənbə günü İsrail ərazisi Qəzza bölgəsindən "Kassam" raketlərinin atəşinə məruz qalmışdır. İsrailin Müdafiə Nazirliyi bombardman nəticəsində həlak olanların və dağıntının olmadığını bildirmişdir. "Röyter"in məlumatına görə, bu cür hadisə Fələstin-İsrail danışıqlarından sonra ilk insident kimi qeydə alınmışdır. İsrailin baş naziri Binyamin Netaniyaqu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas arasında danışıqlar cari ilin 2 sentyabrında başlanmışdır.

Digər xəbərlər