PDF Oxu

Dünya

  • 9

Buynaksda iki kamikadze olub

Buynaksda iki kamikadze olub
Sentyabrın 6-da "Kommersant" qəzetinin yazdığına görə, Buynaksın "Dalni" palata düşərgəsində iki kamikadze terror aktı törətmişdir. "Rossiyskaya qazeta"nın yazdığına görə, avtomobildə neçə nəfər kamikadzenin olduğu məlum deyildir və onların sentyabrın 5-də düşərgə şəhərciyinə daxil olmaları məlumdur. Partlayış nəticəsində üç nəfərin həlak olduğu və 30 nəfərdən çox adamın yaralandığı bildirilir. Yaralananların 5 nəfərinin vəziyyəti olduqca ağırdır. Avtomobilini kamikadzelərin üstünə istiqamətləndirən yük avtomobilinin sürücüsü də öldürülmüşdür. Hadisə zamanı ikinci partlayışın da törədildiyi bildirilir. Ancaq "Kommersant" qəzetinin verdiyi məlumata görə, ikinci bomba işə düşməmişdir. Səbəbi onun içərisinə kiçik armatur qrıntılarının doldurulması olmuşdur.

Digər xəbərlər