PDF Oxu

Dünya

  • 8

Cənubi Koreya tayfun məngənəsində

Cənubi Koreya tayfun məngənəsində
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, sentyabrın 2-də Cənubi Koreya ərazisində "Kompasu" tayfunu tüğyan etməyə başlamışdır. Üç nəfərin həlak olması haqda məlumat verilir. Cənubi Koreya "Milli Fövqəladə hallar" agentliyinin məlumatına görə, yarımadanın Qərb sahillərində tayfun 60 mindən çox evi işıqsız qoymuşdur. Seulda elektrik təchizatında baş vermiş nasazlıq nəticəsində iki metrostansiyada iş dayandırılmışdır. Şəhər küçələrində çoxsaylı yıxılan ağaclar müşahidə edilir. Onlarla avtomobil xəsarət almışdır. Dəmir yolunun beş hərəkət istiqaməti üzrə iş tamamilə dayandırılmışdır. Aeroportlarda 60 beynəlxalq təyyarə reysləri təxirə salınmışdır. Seulun qərb hissəsində yerləşən "İnçxone" idman kompleksinə ciddi zərər dəymişdir. Təbii fəlakət stadiona 8,3 milyon dollar zərər vurmuşdu. "Kompasu" tayfunu Koreya yarımadasına cümə axşamı səhər daxil olmuşdur. Tayfunu ilk qarşılayan Cənubi Koreyanın Qərb sahillərindəki Xanqan çayının deltasında yerləşən Kanxvado adasının əhalisi olmuşdur. Meteoroloqların proqnozlarına görə, tayfun regionu həmin gün axşam tərk etməli idi. Ancaq Seulda yağan güclü leysan yağışları cümə günü ərzində davam edəcəkdir.

Digər xəbərlər