PDF Oxu

Dünya

  • 19

Tacikistanda 30 nəfər yaralanıb

Tacikistanda 30 nəfər yaralanıb
"Avesta" Tacikistan informasiya agentliyinin yaydığı məlumata görə, Soqdi vilayətinin administrativ mərkəzi olan Xucand şəhərində baş vermiş partlayış nəticəsində 30 nəfər bədən xəsarəti almışdır. Ölkənin güc strukturlarındakı mənbənin məlumatına görə, bir neçə adam həlak olmuşdur. Rəsmi dairələr isə, həlak olanlar haqda məlumat vermir. Yaralananlar şəhər xəstəxanalarına yerləşdirilmişlər. Cinayət təşkilinin mübarizəsi üzrə regional şöbə binası qarşısında partlayış sentyabrın 3-də səhər radələrində baş vermişdir. Məlumata görə, içərisinə partlayıcı qurğu bərkidilmiş avtomobil zərblə binaya çırpılmışdır. Bir müddət əvvəl, naməlum şəxsin bina yaxınlığına partladıcı qurğu gətirib, orada işə saldığı bildirilirdi. Partlayışdan sonra bina qismən dağılmışdır. Məlumata görə, iki həftə əvvəl, Düşənbə Dövlət Milli Təhlükəsizlik Komitəsinin təcridxanasından 25 məhbus qaçmışdır. Onların əksəriyyəti dövlət çevrilişi hazırlığında və qeyri-qanuni silahlı formalaşmalar yaratmaqda ittiham edilirdilər. Sentyabrın 2-nə olan məlumata görə, indiyədək, cəmi bir məhbus həbs edilmişdi. Məhbusların terror aktının törədilməsində iştirakı haqda məlumat yoxdur.

Digər xəbərlər