PDF Oxu

Dünya

  • 9

Loharda həlak olanların sayı 25 nəfərə çatıb

Loharda həlak olanların sayı 25 nəfərə çatıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Pakistanın Lohar şəhərində törədilmiş bir neçə terror aktı nəticəsində təxminən 25 nəfər həlak olmuş, 180 nəfər yaralanmışdır. Partlayışı üç kamikadze törətmişdir. Terror aktları sentyabrın 1-də şiələrin məscidlərə gedərək Həzrət Əlinin xatirəsinə həsr edilən ehsan mərasimi keçirilərkən törədilmişdir. İlk terror aktı mərasim başa çatdıqdan, növbəti iki partlayış isə ondan dərhal sonra törədilmişdir. Bundan sonra şiələr arasında kütləvi narahatlıq müşahidə edilmiş və onların bəziləri terror aktlarına biganə qalan polislərin məntəqəsini yandırmağa cəhd etmişlər. Polis gözyaşardıcı qaz tətbiq etməklə nizam-intizamı pozanları sakitləşdirməyə nail olmuşdur. Pakistanın baş naziri Yusif Rza Gilani terror aktlarını pisləmiş və müqəssirləri məsuliyyətə cəlb edəcəyinə vəd etmişdir. Terror aktı törədən kamikadzelər haqda heç bir məlumat verilmir. Pakistanın hüquq-mühafizə orqanları belə hesab edirlər ki, partlayışlar şiə və sünni müsəlmanları arasında qarşıdurma yaratmaq məqsədi ilə törədilmişdir. Pakistanda şiələr azlıq təşkil edir. Son 10 il ərzində şiə-sünni qarşıdurması nəticəsində Pakistanda 4 min nəfərdən çox insan həlak olmuşdur. Bu cür terror aktları Loharda ilk dəfə deyildir ki, törədilir. 2010-cu ilin iyulunda kamikadze məscidlərdən biri yaxınlığında özünü partlatmış və nəticədə 43 nəfər həlak olmuşdur. May ayında silahlı terrorçular iki məscidi ələ keçirmiş və 80 nəfərdən çox dindarı məhv etmişlər. Partlayışların məsuliyyətini "Taliban" hərəkatının Pakistan özəyi öz üzərinə götürmüşdür.

Digər xəbərlər