PDF Oxu

Dünya

  • 8

Axtarışı elan edilmiş Timoşenkonun tərəfdarı üzə çıxıb

Axtarışı elan edilmiş Timoşenkonun tərəfdarı üzə çıxıb
Ukrayna hökuməti tərəfindən axtarışı elan edilmiş Boqdan Danilişin üzə çıxmışdır. Xatırladırıq ki, bu şəxs Yuliya Timoşenko hökumətində iqtisadiyyat naziri işləmişdir. B.Danilişin "Kiyev Post" qəzetinə telefonla müsahibə verərkən, hazırda xaricdə müalicə olunduğunu və məzuniyyətinin başa çatmadığını bildirmişdir. O, məhz hansı xarici ölkədə olduğu haqda məlumat verməmişdir. B.Danilişin xarici ölkələrdən siyasi sığınacaq alacağı haqda olan sualı cavablandırmamışdır. Bununla belə, o, heç bir günahı olmadığını və vətənə qayıdacağını bildirmişdir. B.Danilişinin ölkədə axtarışı elan edildikdən sonra, xidməti vəzifəsindən sui-istifadə etməsi iddiası ilə də beynəlxalq axtarışı elan edilmişdir. İstintaqın məlumatına görə, B.Danilişin ölkə xəzinəsinə zərər vurmuşdur.

Digər xəbərlər