PDF Oxu

Dünya

  • 9

İordan çayının Qərb sahilində 4 İsrail vətəndaşı öldürülüb

İordan çayının Qərb sahilində 4 İsrail vətəndaşı öldürülüb
"Assoşieyted Press" informasiya agentliyinin, İsrail polisinin mətbuat katibi Miki Rozenfeldə əsaslanaraq, yaydığı məlumata görə, İordan çayının Qərb sahilində yerləşən Hevron şəhərində Fələstin silahlıları içərisində 4 nəfər İsrail vətəndaşının əyləşdiyi avtomobilə atəş açmışlar. Avtomobildə olanların ikisi qadın, ikisi kişi olmuşdur. Hadisənin məsuliyyətini "HƏMAS" radikal Fələstin hərəkatı öz üzərinə götürmüşdür. "HƏMAS"-ın döyüşən qanadının lideri Əbu Übeyd faktın doğruluğunu təsdiq etmişdir. "Frans Press" məlumat verir ki, "HƏMAS"-ın mətbuat katibi Əbu Zuhri baş verən hadisəni "İsrail işğalına normal cavab" kimi qiymətləndirmişdir. İsrailin baş naziri Binyamin Netaniyaqu ölkənin təhlükəsizlik orqanlarına sərəncam vermişdir ki, diplomatçılıqdan əl çəkib hadisə təşkilatçıları əleyhinə hücum planı hazırlasınlar. İsrailin müdafiə naziri Ehud Barak cavab hücumunun sərt olacağını və bu hücumun İsrail-Fələstin sülh danışıqlarına zərər vuracağını bildirmişdir. Avqustun 20-də İsrail və Fələstin Muxtariyyəti 2008-ci ildə yarımçıq qalmış sülh danışıqlarının Yaxın Şərq "kvarteti"nin dəstəyi ilə bərpa edilməsi barədə razılığa gəlmişdir. Danışıqlar sentyabrın 2-də Vaşinqtonda başlayacaqdır.

Digər xəbərlər