PDF Oxu

Dünya

  • 15

İran hökuməti Karla Brunini müdafiə edir

İran hökuməti Karla Brunini müdafiə edir
İranın həftəlik "Keyhan" qəzeti Fransa prezidenti Nikolya Sarkozinin arvadı Karla Brunini fahişə adlandırmışdır. İranın Xarici İşlər Nazirliyi qəzetdə çıxan bu yazıya görə qəzet rəhbərliyini tənqid edir. "Fox Nyus"un 31 avqustda çıxan sayında İran hökumətinin Karla Bruninin namusunu qoruyan rəsmi məlumatı dərc edilmişdir. "Keyhan" qəzeti İranda dərc edilən ən mühafizəkar qəzetlərdən biridir. Qəzet avqustun 29-da çıxan sayında 43 yaşlı Səkinə Aştianinin müdafiəsinə qalxan Karla Brunini bu hərəkətinə görə qınamışdır. İranın məhkəmə orqanları iki uşaq anası S.Aştianini ərinə xəyanətdə ittiham edərək, daşqalaq edilməklə ölüm cəzasına məhkum edilmişdir. Qəzet yazır ki, bu cür yüngül həyat tərzi keçirən qadının müdafiəsinə qalxan K.Bruni, dolayı yolla da olsa, hansı əxlaq tərzinə malik olduğunu nümayiş etdirmişdir. S.Aştiani 2006-cı ildə edam cəzasına məhkum edilmişdi. Ərinə xəyanət etməkdən başqa, onu həm də ərinin qətlində ittiham edirdilər. Qadının vəkillərinin dediklərinə görə, S.Aştiani öz etirafını işgəncələr altında etmişdir. Bundan sonra beynəlxalq ictimaiyyətin diqqəti bu məsələyə yönəlmişdir. Bir çox Qərb ölkələri İran məhkəməsinin bu hərəkətini kəskin surətdə tənqid etmişdir. Bəzi ölkələr S.Aştianiyə siyasi sığınacaq təklif etmişdilər. Bundan sonra İranın hakimiyyət dairələri Aştianinin hökmünün icrasını dayandırmış və işə yenidən baxılmasını təklif etmişlər. Hökm yenidən verilərkən, onun qüvvədə saxlanılacağı ehtimal edilir.

Digər xəbərlər