PDF Oxu

Dünya

  • 12

Moskva mitinqində 103 nəfər həbs edilib

Moskva mitinqində 103 nəfər həbs edilib
"İnterfaks" informasiya agentliyinin sentyabrın 1-də yaydığı məlumata görə, avqustun 31-də Moskvanın Triunfal meydanında keçirilmiş sanksiyalaşdırılmamış mitinq zamanı 103 nəfər həbs edilmişdir. Onların 100-i əleyhinə administrativ hüquq pozuntusu protokolu tərtib edilmişdir. 90 nəfər isə Sankt-Peterburqda keçirilən analoji tədbir zamanı həbs edilmişdir və onların hamısı adminstrativ məsuliyyətə cəlb ediləcəkdir. Milisin məlumatına görə, Moskva mitinqində 400, Sankt-Peterburq nümayişində isə 200 nəfərə yaxın adam iştirak etmişdir. Moskvada həbs edilənlər içərisində müxalifət liderləri Boris Nemtsev, Eduard Limonov və Sergey Udaltsov da olmuşdur. Rusiya Federasiyası Konstitusiyasının 31-ci maddəsinin müdafiəsi məqsədilə keçirilən aksiyada Rusiyanın digər şəhərlərinin mitinqçiləri də iştirak etmişdir. Rəsmi məlumata görə, Vladivostok şəhərində keçirilən mitinqdə 25 nəfər iştirak etmişdir. Varonej şəhərində keçirilən mitinqdə də təxminən o qədər insan olmuşdur. Yujno-Saxalnski də keçirilən sanksiyalaşdırılmamış piketi 3 nəfər idarə edirdi. 15 nəfər Rusiya vətəndaşı isə Kiyevdəki Rusiya səfirliyi qarşısına toplaşmışdır. Mitinqçilərin səsinə London şəhərində də səs verənlər olmuşdur. Burada keçirilən mitinqə Rusiya biznesmenləri Yevgeni Çiçvarkin və Boris Berezovski iştirak etmişdir.

Digər xəbərlər