PDF Oxu

Dünya

  • 7

ABŞ Şimali Koreya əleyhinə sanksiyaları sərtləşdirib

ABŞ Şimali Koreya əleyhinə sanksiyaları sərtləşdirib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ KXDR əleyhinə sanksiyaları sərtləşdirmişdir. Barak Obama administrasiyası Pxenyanın nüvə proqramını dəstəklədiyi ehtimal edilən bəzi Şimali Koreya kompaniyaları və fiziki şəxslərin Amerika aktivlərini dondurmuşdur. Yeni sanksiyalar avqustun 30-da qüvvəyə minmişdir.
ABŞ-ın "qara siyahısı"na 4 KXDR vətəndaşı salınmışdır. Onlardan iki nəfəri Şimali Koreya atom enerjisi üzrə agentliklə əlaqəli olmuşdur. ABŞ-ın Maliyyə Nazirliyinin məlumatına görə, ölkə prezidenti 5 dövlət müəssisəsində yerləşən Şimali Koreyaya məxsus 3 aktivin dondurulması tapşırığını vermişdir.
ABŞ-ın KXDR-ə münasibətdə sanksiyalarını sərtləşdirəcəyi haqda məlumat cari ilin iyulunda yayılmağa başlamışdır. Bu haqda Şimali Koreyaya rəsmi səfəri zamanı ABŞ-ın dövlət katibi Hillari Klinton bəyanat vermişdi. Sanksiyaların tətbiq edilməsi həm də martın 26-da "Çxonan" Cənubi Koreya gəmisinin Sarı dənizdə batırılması ilə əlaqədar olmuşdu. Gəminin bortunda baş vermiş partlayış, onun iki yerə parçalanmasına səbəb olmuşdur. 46 dənizçi həlak olmuşdu. Beynəlxalq komissiyanın təhqiqatından sonra gəminin Şimali Koreyaya məxsus sualtı qayığından vurulduğu məlum olmuşdu. KXDR rəhbərliyi insidentdə əli olmadığı haqda bəyanat vermişdir.

Digər xəbərlər