PDF Oxu

Dünya

  • 8

Lukaşenko Venesuela neft idxalını artıracağını vəd edib

Lukaşenko Venesuela neft idxalını artıracağını vəd edib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Belarus prezidenti Aleksandr Lukaşenko ölkəyə edilən Venesuela neft idxalını 2,5 dəfə artıracağını vəd etmişdir. "Cari ildə biz 4 milyon ton, gələn ildə isə 8-9 milyon ton, 2012-ci ildə isə 10 milyon ton Venesuela nefti alacağıq" deyə Belarus prezidenti bildirmişdir. Belarus hökuməti neft alqısı haqda Venesuela ilə danışıqlara, 2009-cu ilin axırları və 2010-cu ilin əvvəllərində Rusiya ilə neft mövzusunda konfliktdən sonra başlamışdır. Rusiyanın şərti ilə razılaşacağı təqdirdə, Belarus hökuməti enerji resurslarına minimum 2 milyard dollar xərcləməli olacaqdı. Belarus hökuməti Venesuela neftinin ilk tankerini cari ilin mayında qəbul etmişdir. 2010-cu ilin iyulunda məlum olmuşdur ki, Venesuela neftinin hər tonu Belarus üçün 656 dollar təşkil etmişdir. Rusiya neftinin hər tonu Belarus üçün 398 ton təşkil etsə də, bu ilin mayında vergilərlə birlikdə Minsk Moskvaya hər ton neft üçün 682 dollar ödəməli olmuşdur.

Digər xəbərlər