PDF Oxu

Dünya

  • 15

Viktor Yanukoviç Romano Prodini irlandiyalı adlandırıb

Viktor Yanukoviç Romano Prodini irlandiyalı adlandırıb
"Seqodnya" qəzetinin yazdığına görə, Ukrayna prezidenti Viktor Yanukoviç Berlində Almaniyanın işgüzar və siyasi elitar dairələri qarşısında çıxışı zamanı italiyalı və irlandiyalı ifadələrini qarışıq salmışdır. "2003-cü ildə Brüsseldə Ukrayna-Avropa Birliyi sammiti ərəfəsində İrlandiyadan olan Romano Prodi - yəqin ki, siz onun kim olduğunu bilirsiniz - demişdir ki, Ukraynanın Avropa Birliyinə inteqrasiya olunması üçün heç bir perspektivi yoxdur" deyə Ukrayna prezidenti qeyd etmişdir. V.Yanukoviçin haqqında bəhs etdiyi R.Prodi irlandiyalı yox, italiyalıdır. Əvvəllər V.Yanukoviç "Anna Axmatovanın nəsri ilə məşğul olduğunu", "böyük Ukrayna şairi Anton Çexovun əsərlərinə heyran olduğunu" bildirmişdi. Bu cür səhvlərə görə, o, dəfələrlə siyasi opponentlərinin gülüş hədəfinə çevrilmişdi. Yaxın günlərdə V.Yanukoviç yeni bir gülməli hadisə ilə üzləşmişdir. Cari ilin martında Belçika qəzetlərindən biri onun dərc edilmiş şəklinin altında "Avropa Parlamenti spikeri Yeji Buzek" sözlərini yazmışdı.

Digər xəbərlər