PDF Oxu

Dünya

  • 16

Fidel Kastro Üsamə bin Ladenin MKİ agenti olduğunu bildirib

Fidel Kastro Üsamə bin Ladenin MKİ agenti olduğunu bildirib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Kuba lideri Fidel Kastro "Əl-Kaidə" terrorçuluq şəbəkəsinin başçısı Üsamə bin Ladenin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti olduğunu bildirmişdir. F.Kastronun dediyinə görə, bin Laden Amerika xüsusi xidmət orqanları vasitəsilə işə cəlb edilmiş və o, kiçik Corc Buşa "təntənəli nitq söyləyən zaman və qorxu xofu doğurmaq üçün" lazım olmuşdur. "Bin Laden heç vaxt Corc Buşu dəstəksiz qoymamışdır. O, sadə əmr icraçısı idi" deyə Kuba lideri bildirmişdir. Kuba lideri onun versiyasını "Wikileaks" saytında dərc edilmiş hərbi sənədlərin də təsdiq etdiyini vurğulamışdır.
Kuba lideri son bir neçə ay ərzində bir neçə təxribatçı xarakterli bəyanat vermişdir. Məsələn, o deyirdi ki, Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə dünya çempionatının final hissəsi dünya müharibəsinin başlanması səbəbindən keçirilməyəcəkdir. Dünya çempionatı başa çatdıqdan sonra F.Kastro səhv proqnoz verdiyinə görə üzr istəmişdir.
Üsamə bin Laden "Əl-Kaidə" beynəlxalq terrorçuluq şəbəkəsinin başçısı və 2011-ci ilin 11 sentyabrında Nyu-Yorkda və Vaşinqtonda törədilmiş terror aktlarının başlıca müqəssiri hesab edilir. Onun 2001-ci ilin axırlarında ABŞ tərəfindən Əfqanıstanda tutulması yönündə keçirilən əməliyyat uğursuzluqla nəticələnmişdir. Bundan sonra ABŞ-ın xüsusi xidmət orqanları bin Ladenin Əfqanıstandakı sığınacağını tərk edərək Pakistanın dağlıq ərazilərində yerləşən Tora-Bora mağaralarına qaçdığını bildirmişdir.
2010-cu ilin iyulunda "Wikileaks" saytında dərc edilmiş məxfi hərbi sənədlərdə 2006-cı ildə MKİ-nin bin Ladenin yerini bilməsi haqda məlumat verilmişdir.

Digər xəbərlər