PDF Oxu

Dünya

  • 15

İran "Oriflame"ni dövlət təhlükəsizliyinə qəsd cəhdində ittiham edib

İran "Oriflame"ni dövlət təhlükəsizliyinə qəsd cəhdində ittiham edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İranın kəşfiyyat məsələləri üzrə naziri Heydər Moslehi istirahət günündə İsveçrənin "Oriflame" kosmetik firmasının təmsilçisi olduğu islam respublikasının dövlət təhlükəsizliyini qəsd cəhdində ittiham etmişdir. İran nazirinin bu bəyanatı ölkənin dövlət televiziyasının saytında yerləşdirilmişdir. Moslehi jurnalistlərə verdiyi izahatında bildirmişdir ki, firmaya qarşı heç bir iqtisadi maraq güdülmür. "Biz sübut etdik ki, Qərbin xüsusi xidmət orqanları bu kompaniya vasitəsilə ölkəmizin təhlükəsizliyini təhdid edirlər" deyə nazir bildirmişdir. Agentlik yazır ki, avqustun 22-də İranın hakimiyyət dairələri "Oriflame" kompaniyasının Tehrandakı ofisini bağlamış və onun 5 əməkdaşını həbs etmişdir. Məhbuslar xarici ölkənin xüsusi xidmət orqanları ilə əlaqədə maliyyə piramidasının təşkilində şübhəli bilinirlər. "Oriflame" kompaniyası İran nazirinin ittihamlarını şərh etməmişdir. Ancaq kompaniyada belə hesab edirlər ki, Tehrandakı ofislərinin bağlanması və əməkdaşlarının həbsi onların biznes-model məsələləri ilə əlaqədar ola bilər. "Oriflame" kompaniyasının əsası 1967-ci ildə qoyulmuşdur və məqsədi dünya bazarında natural kosmetika məhsullarının satışının təşkilidir. Bu nəhəng kompaniyanın dünyanın 60-dan çox ölkəsində nümayəndəliyi var.

Digər xəbərlər