PDF Oxu

Dünya

  • 10

Sumatra əhlaisi evakuasiya edilib

Sumatra əhlaisi evakuasiya edilib
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, Sinabun vulkanının püskürməsi nəticəsində İndoneziyanın Sumatra adasının ən azı 12 min nəfər əhalisi evakuasiya olunmuşdur. Yerli vulkanik mərkəzin məlumatına görə, Sinabun vulkanı 400 ildən sonra yenidən püskürməyə başlamışdır. Avqustun 29-da Sinabun isti kül və lava qatını 1500 metr yüksəkliyə tullamağa başlamışdır. Hündürlüyü 2460 metrə çatan Sinabun vulkanı Sumatranın böyük şəhərlərindən biri olan Medanın cənubi-qərb hissəsinin 60 kilometrliyində yerləşir. Yaradılmış fövqəladə vəziyyətdə vulkan təhlükəsinin yüksək "qırmızı" həddə çatdığı bildirilmişdir. "BBC Nyus" agentliyinin məlumatına görə, müəyyən vaxtlarda Sinabun vulkanının aktivliyi aşağı düşməyə başladığından, yerli əhalinin müəyyən hissəsi öz evinə qayıtmışdır. Buna baxmayaraq, hakimiyyət dairələri vulkanın təhlükəli həddə olduğunu bildirir.

Digər xəbərlər