PDF Oxu

Dünya

  • 13

İsrail hökuməti Putindən Suriyaya raket satmamağı xahiş edib

İsrail hökuməti Putindən Suriyaya raket satmamağı xahiş edib
Avqustun 27-də "Haaretz" qəzetinin yazdığına görə, İsrail hökuməti Rusiyanın Suriyaya yeni növ silahlar satmasından narahatlığını ifadə etmişdir. Bu silahlar arasında P-800 "Yaxont" yüksək səsli gəmilər əleyhinə raketlər də vardır. Qəzet yazır ki, İsrailin baş naziri Binyamin Netaniyaqu Rusiyanın baş naziri Vladimir Putinlə telefon danışığı zamanı ondan xahiş etmişdir ki, Suriyaya silah satışını dayandırsın.
Qəzet hər iki ölkənin baş nazirinin avqustun 27-də telefon əlaqəsi qurduqlarını bildirir. B.Netaniyaqunun dediyinə görə, Rusiyanın Suriyaya satdığı silahların əksəriyyəti son nəhayətdə "Hizbullah" hərəkatı silahlılarının əlinə keçir.
İsrail hökumətinin xahişinə baxmayaraq, Rusiya Suriyaya silah satmaqda davam edir. Bununla əlaqədar Təl-Əviv Rusiya ilə əməkdaşlığın yeni mərhələsinə qədəm qoymağı planlaşdırır. İsrailin müdafiə naziri Ehud Barak Moskva səfəri zamanı bu məsələyə bir daha toxunmağı nəzərdə tutur. O, Rusiyanın müdafiə naziri Anatoli Serdyukovla görüşəcəkdir.
Rusiyanın Dəməşqə silah satması haqda məlumat kütləvi informasiya vasitələrinə 2009-cu ildə çatmışdır. İsrail hökuməti ehtiyat edir ki, Suriya Rusiyadan bu cür silahları aldıqdan sonra onun Aralıq dənizində üzən gəmiləri təhlükə ilə üzləşəcəkdir.

Digər xəbərlər