PDF Oxu

Dünya

  • 7

Saakaşvilinin konfederasiya planları gürcü sosial-demokratlarını narahat edib

Saakaşvilinin konfederasiya planları gürcü sosial-demokratlarını narahat edib
"Nezavisimaya qazeta"nın yazdığına görə, Gürcüstan Sosiail-Demokrat Partiyası üzvləri hökumətdən Azərbaycanla konfederasiya planlarının izahını verməyi tələb ediblər. Sosial-demokratlar belə hesab edirlər ki, Gürcüstan prezidentinin bu cür məsuliyyətsiz bəyanatları onsuz da qeyri-sabit olan ölkədə vəziyyəti daha da gərginləşdirir. Azərbaycan Prezidenti İlham Əliyev bu ilin iyulunda Gürcüstanda səfərdə olarkən Gürcüstan prezidenti Mixail Saakaşvili ona qonşu dövlətlə konfederasiyaya girmək haqda təklif vermişdi. "Azərbaycan həmişə vacib həyati və strateji məsələlərdə Gürcüstanın yanında olmuşdur. Bu, əsl qardaşlıqdır" deyə RİA "Novosti" Mixail Saakaşvilidən sitat gətirmişdir. Avqustun 20-də Gürcüstanın daxili işlər nazirinin müavini Nino Kalandadze belə bir bəyanat yaymışdır ki, Gürcüstan tərəf Azərbaycanla konfederasiyaya girmək haqda razılıq vermişdir. Nazir müavininin dediyinə görə, konfederativ əməkdaşlıq forması diplomatların danışıqlarının nəticəsi kimi üzə çıxacaqdır. Hələlik, Azərbaycan tərəf bu məsələyə rəsmi münasibət bildirməmişdir.

Digər xəbərlər