PDF Oxu

Dünya

  • 14

Çili şaxtaçıları hələ də yer altındadır

Çili şaxtaçıları hələ də yer altındadır
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Çili televiziyası Santyaqo şəhərinin 800 kilometrliyində yerləşən kömür şaxtası haqqında 45 dəqiqəlik videorolik yaymışdır. Həmin verilişdə yer altında qalan şaxtaçıların vəziyyətindən bəhs edilirdi. Hazırda xilasedicilər kömür şaxtasında qalan fəhlələrə qida maddələri, dərmanlar və digər vacib əşyalar çatdırırlar. Hökumət tərəfindən planlaşdırılan xilasedicilik əməliyyatları üç ay uzana bilər. Mütəxəssislər xüsusi qazma aparatının köməyi ilə şaxtada deşik açacaq və şaxtaçılar həmiş deşikdən bayıra çıxacaqlar. Hazırda bunu ona görə etmək olmaz ki, şaxta çökə bilər. Şaxtaçılara dekabrın 25-də evə qayıdacaqlarını bildirmişlər. 33 nəfər Çili şaxtaçısı 3 həftədir ki, yer altındadırlar. Avqustun 5-dən şaxtaçılar 700 metrlik dərinlikdədirlər. İlk 17 gün ərzində onlar cüzi qidanı bölməyə məcbur olmuşdular. Xilasedicilər onların yerini bu həftənin əvvəllərində müəyyənləşdirmişlər. Bundan sonra şaxtaçılarla vizual əlaqə yaranmışdır. "Röyter" agentliyinin məlumatına görə, həkimlər şaxtaçıların həm fiziki, həm də psixoloji vəziyyətlərindən narahatdırlar. Şaxtanın dərinliyinə stolüstü oyunlar üçün idman vasitələri və dinləmək üçün musiqi videoyazıları buraxmışlar.

Digər xəbərlər