PDF Oxu

Dünya

  • 10

MKİ "Əl-Kaidə"ni Pakistandan Yəmənə keçirib

MKİ "Əl-Kaidə"ni Pakistandan Yəmənə keçirib
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərliyi "Əl-Kaidə" terrorçuluq şəbəkəsinin Yəmən özəyinin fəaliyyətinin genişlənməsindən narahatçılıq keçirdiyini etiraf etmişdir. "Vaşinqton Post" qəzetinin xüsusi xidmət dəstəsinin məlumatlı mənbələrinə əsaslanaraq yazdığına görə, MKİ rəhbərliyi "Ərəbistan yarımadasında əl-Kaidə" (AQAP) terrorçuluq şəbəkəsini ABŞ-ın təhlükəsizliyi üçün təhlükə mənbəyi kimi görməkdədir. İndiyədək "Əl-Kaidə" şəbəkəsinin nüvəsi onun Pakistan şöbəsi hesab edilirdi. Çünki son illərdə terrorçuluq aktlarının əksəriyyəti Pakistan düşərgələrində planlaşdırılırdı. Bununla belə MKİ rəhbərliyi "bir nömrəli terrorçu" və "Əl-Kaidə"nin lideri Üsamə bin Ladenin məhz Pakistanın keçilməz dağlıq ərazilərində gizləndiyinə əmindir.
Son illərdə Pakistanda ABŞ-ın fəaliyyəti artdığından yerli "Əl-Kaidə"nin mövqeyində zəifliklər müşahidə edilməyə başlamışdır. Nəticədə terrorçular 10 tanınmış liderlərini itirmiş və onların düşərgələri bombardman edilmişdir. Buna görə də, MKİ rəhbərliyi belə hesab edir ki, Pakistan "Əl-Kaidə"sinin süqutu Yəmən AQAP-ının ön plana çıxmasına səbəb olmuşdur. Hələlik, "Əl-Kaidə"nin Pakistan şöbəsi öz liderliyini mühafizə etsə də, Yəmən şəbəkəsinin təsir dairəsi daha genişdir. Bu mülahizə də, MKİ rəhbərliyinə məxsusdur.
MKİ rəhbərliyi Yəmən terrorçuluq şəbəkəsinin fəaliyyətinin radikal mövqeli imam Ənvər əl-Avlakinin bu yerə gəlişi ilə daha da gücləndiyini iddia edir. "Vaşinqton Post"un yazdığına görə, hazırda ABŞ hökuməti Yəmən AQAP-ına qarşı ölçülər götürməkdədir.
Yəmən AQAP-ı özünü ilk dəfə ciddi surətdə 2009-cu ilin dekabrında təqdim etməyə nail olmuşdu. Amsterdam-Detroyd təyyarə reysinə bomba qoyub partlatmaq mümkün olmasa da, AQAP-çılar əməllərinin ciddiliyini sübut etməli oldular. Bundan sonra Amerikanın güc strukturları mübarizələrinin yönünü AQAP-a doğru çevirdilər.

Digər xəbərlər