PDF Oxu

Dünya

  • 18

Əfqanıstanda böyük miqdarda narkotik maddə ələ keçirilib

Əfqanıstanda böyük miqdarda narkotik maddə ələ keçirilib
"Metro" nəşrinin yazdığına görə, Əfqanıstandakı koalisiya qüvvələri iyul ayında keçirdikləri xüsusi əməliyyat nəticəsində ölkə tarixində böyük miqdarda narkotik maddə ələ keçirmişlər. Reyd Əfqanıstan polisi ilə birgə Hilmend əyalətinin Bəhrəmçə və Hacı Vəkil yaşayış məntəqələrində keçirilmişdir. Əməliyyat zamanı 5,7 ton heroin, 11,3 ton tiryək və 800 kiloqramdan artıq həşiş ələ keçirilmişdir. Aşkar edilmiş narkotik maddələrin ümumi dəyəri 1 milyard dolları ötüb keçir. Reyd zamanı 63 silahlı məhv edilmiş, 10 silahlı üsyançı və narkotika ticarətçisi həbs edilmişdir. Əməliyyat zamanı çoxlu miqdarda partlayıcı qurğu ələ keçirilmiş və tiryəkdən heroin əldə edilməsi üçün istifadə olunan 4,5 min ton miqdarda ammonium xloridi müsadirə edilmişdir.

Digər xəbərlər