PDF Oxu

Dünya

  • 493

"HƏMAS" Misir və İordaniyanı danışıqlarda iştirak etməməyə çağırıb

"HƏMAS" Misir və İordaniyanı danışıqlarda iştirak etməməyə çağırıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, avqustun 24-də "HƏMAS"-ın siyasi bürosunun rəhbəri Xaled Maşal Misir və İordaniya liderlərinə müraciət edib, onları Fələstin-İsrail danışıqlarında iştirak etməməyə çağırmışdır. "Mən Misir prezidenti Hüsnü Mübarəki və İoradinya kralı II Abdullanı fələstinlilər tərəfindən rədd edilmiş danışıqları dəstəkləməməyə çağırıram" deyə X.Maşal bildirmişdir. Radikal mövqeli Fələstin hərəkatının liderinin fikrincə, danışıqların nəticəsi Misir və İordaniya hökumətlərinin təhlükəsizliyi üçün "fəlakətli nəticələrlə" başa çatacaqdır. ABŞ, Rusiya, Avropa Birliyi və BMT-nin üzv olduqları Yaxın Şərq kvarteti avqustun 20-də, 2008-ci ildən etibarən pozulmuş Fələstin-İsrail birbaşa danışıqlarının bərpa edilməsi təklifi ilə çıxış etmişdir. İsrailin baş naziri Binyamin Netaniyaqu və Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbasın iştirakı ilə keçiriləcəyi nəzərdə tutulan danışıqların sentyabrın 2-də Vaşinqtonda başlayacağı gözlənilir. Görüşdə Şərqi Yerusəlimin statusunun və Fələstin qaçqınlarının qaytarılması məsələlərinə toxunulacaqdır. Misir prezidenti və İordaniya kralı danışıqlarda iştirak etməyə dəvət edilmişdir. Bir müddət əvvəl, "HƏMAS" rəhbərliyi İsraillə açıq danışıqlara getməyə razılıq verən Mahmud Abbası sərt tənqid atəşinə tutmuşdur. Onlar "FƏTH" partiyasının lideri Mahmud Abbasla görüşməkdən imtina etdiklərini bildirmişdilər.

Digər xəbərlər