PDF Oxu

Dünya

  • 300

Moskvadakı hərbi obyektlər satışa çıxarılacaq

Moskvadakı hərbi obyektlər satışa çıxarılacaq
"Nezavisimaya qazeta"nın yazdığına görə, Rusiya Silahlı Qüvvələrində aparılan islahatlardan sonra Moskva şəhəri və Moskva vilayətinin hərbi obyektlərinin əksəriyyəti satışa çıxarılacaqdır. İlk olaraq, satışa paytaxtın mərkəzi Sadovniçeskaya küçəsində yerləşən Moskva Hərbi Dairəsi Komandanlığı satışa çıxarılacaqdır. Analoji prosedurlar Uzaq Şərq və Sibir hərbi dairələrinə məxsus tərpənməz əmlaklara da şamil ediləcəkdir. Satışdan əldə olunan pullar hərbi qulluqçular və onların ailələri üçün yaşayış evləri tikilməsinə sərf ediləcəkdir. Obyektlərin start qiyməti bir neçə milyard ABŞ dolları məbləğində olacaqdır. Moskva, Uzaq Şərq, Sibir hərbi dairələrinin idarə və qərargahları ləğv edildikdən sonra, bir neçə min zabiti istefaya göndərmək lazım gələcəkdir. Hərbi qulluqçuların əksəriyyəti Krasnodar diyarı (Maykop), Çita və Sankt-Peterbuqda yaradılacaq 3 yeni ordu hissələrinə göndəriləcəkdir. Rusiya Federasiyası Silahlı Qüvvələrində aparılan genişmiqyaslı islahatlar nəticəsində hərbi qulluqçuların sayı 1 milyon nəfərədək aşağı salınacaqdır. Hərbi islahatlar 2008-ci ilin oktyabrında başlanmışdır. İslahatların son müddəti kimi 2011-ci il göstərilir.

Digər xəbərlər