PDF Oxu

Dünya

  • 435

Meksikadakı rançoda 72 cəsəd tapılıb

Meksikadakı rançoda 72 cəsəd tapılıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Meksikanın şimalında yerləşən kənd yaxınlığında kütləvi insan qəbiristanlığı aşkar edilmişdir. Yerli hakimiyyət dairələrinin ehtimalına görə qurbanlar bir-birilə düşmənçilik aparan narkotika ticarətçilərinin qarşıdurmalarının nəticələri kimi üzə çıxmışdır. Cəmi 72 cəsəd tapılmışdır. Onların 58 nəfəri kişi, 14 nəfəri isə qadın cəsədidir. Kütləvi qəbiristanlıq cinayətkar qrupun yaraladığı bir kişinin açıqlamasından sonra tapılmışdır. Şahidin dediyinə görə, ona Matamoros sərhəd şəhərinin yaxınlığında dayanan silahlı bir kişi atəş açmışdır. Həmin əraziyə gedən hərbçilər orada cinayətkar qrupla üz-üzə gəlmişlər. Atışma nəticəsində cinayətkarların 3 nəfəri yerindəcə öldürülmüşdür. Meksika hərbi qulluqçusunun bir nəfəri həlak olmuşdur. İyulun axırlarında Monterrey şəhəri ətrafında 51, may ayında Tasko-de-Alarkonda isə 55 meyit tapılmışdır. 2006-cı ildən etibarən bir-birilə düşmənçilik edən narkotika ticarətçilərinin qarşıdurmaları zəminində 28 min nəfərdən çox adam öldürülmüşdür.

Digər xəbərlər