Türkiyə "Nabucco" qazını Gürcüstan və İraqdan keçən kəmərdən alacaq
"Nabucco Gaz Pipeline İnternational" konsorsiumunun rəsmi press-relizində deyilir ki, Rusiyadan yan keçməklə "Nabucco" kəməri ilə Avropa ölkələrinə ötürüləcək qaz Gürcüstan və İraq vasitəsilə Türkiyə ərazisindən keçəcəkdir. Qaz kəməri operatorunun dediyinə görə, "Nabucco" rəhbərliyi iki qaz kəmərinin çəkilişini nəzərdə tutmuşdur. Onlardan birincisi Türkiyə-Gürcüstan, ikincisi isə Türkiyə-İraq sərhədindən keçəcəkdir. "Nabucco" bu marşrutlardan istifadə etməklə Azərbaycan (Gürcüstan vasitəsilə), Türkmənistan və İraq qazından yararlana biləcəkdir. Türkiyə və İran sərhəddilə keçirilməsi nəzərdə tutulan qaz xətti, hələlik, planlaşdırılmır.
"Nabucco" qaz kəmərinin ümumi buraxılış gücü 31 milyard kubmetr həcmində olacaqdır. Bu kəmər vasitəsilə ilk mərhələdə Avropaya 17 milyard kubmetrdən çox yanacaq ötürüləcəkdir. "Nabucco" Rusiyanın "Cənub axını" qaz xəttinin başlıca konkurenti hesab edilir. "Nabucco Gaz Pipeline İnternational" konsorsiumunun tərkibinə Bolqarıstanın "Bulqarqaz", Avstriyanın "OMV", Macarıstanın "MOL", Rumıniyanın "Transqaz" və Türkiyənin "Botaş" kompaniyaları daxildir.
Ümumi xərclərinin dəyəri 7,9 milyard dollar avroya bərabər olan "Nabucco" layihəsinin inşası 2014-cü ildə nəzərdə tutulmuşdu. Ancaq cari ilin martında bu mövzuda çıxış edən energetika məsələləri üzrə Avropa komissarı Günter Ettinger demişdir ki, "Nabucco" layihəsi ən yaxşı halda 2018-ci ildə inşa ediləcəkdir. 2010-cu ilin payızında Avropa Birliyi hökuməti layihənin gerçəkləşəcəyini ya tətbiq etməli, ya da ondan imtina etməlidir.