PDF Oxu

Dünya

  • 11

Regionlar Partiyasının reytinqi aşağı düşür

Regionlar Partiyasının reytinqi aşağı düşür
"Ukrainskaya Pravda" qəzetinin yazdığına görə, 2010-cu ilin may-avqust ayları ərzində Ukraynanın iqtidarda olan Regionlar Partiyasının reytinqi 14 faiz aşağı düşmüşdür. Kiyevin Razumkov adına Mərkəzinin keçirdiyi rəy sorğularının nəticələri də bunu təsdiq edir.
Əgər may ayında Viktor Yanukoviçin başçılıq edən partiyaya səs verən seçicilərin sayı 41 faiz təşkil edirdisə, avqust ayında bu faiz 28-ə enmişdir. Ali Rada seçkiləri yaxın istirahət günlərində keçirilsəydi, o zaman üçfaizli baryeri Regionlar Partiyasından başqa daha dörd siyasi partiya aşa bilərdi: Yuliya Timoşenko Bloku - 14, Sergey Tiqipkonun lider olduğu "Güclü Ukrayna" partiyası-12, Arseni Yatsenyukun başçılıq etdiyi "Dəyişən Cəbhə" partiyası-5, Pyotr Simonenkonun Kommunist Partiyası-4 faiz səslə.
Oleq Tyaqnibokun "Azadlıq" millətçi hərəkatı 2,8 faiz səslə keçici baryer yaxınlığında dayanardı. Qalan partiya və bloklar isə heç 2 faiz səs də yığa bilməzdilər. Bütün partiyalar əleyhinə 11 faiz seçici səs vermiş olardı. Hansı partiyaya səs verəcəyini müəyyənləşdirməyənlərin sayı isə 16 faiz təşkil edərdi.
Rəy sorğusu cari ilin 10-15 avqustunda Ukraynanın bütün ərazisində keçirilmişdir. Yaşı 18-dən yuxarı olan 2009 respondent suala cavab vermişdir. Yanlışlıq həddi 2,3 faizə bərabərdir.
Yaxın vaxtlarda Ukraynada Ali Rada seçkilərinin keçiriləcəyi gözlənilmir. Ancaq məlum olduğu kimi, oktyabrın 31-də şəhər meri seçkiləri və yerli sovetlərə deputat seçkiləri keçiriləcəkdir.

Digər xəbərlər