PDF Oxu

Dünya

  • 6

Koalisiya qüvvələri bir müddət Əfqanıstanda qalmalı olacaq

Koalisiya qüvvələri bir müddət Əfqanıstanda qalmalı olacaq
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılmasının 2011-ci ilin iyulunda çıxarılması prosesinə başlanması baş tutmayacaqdır. ABŞ ordusunun general-leytenantı Bill Kolduellin verdiyi bəyanata görə, həmin vaxtadək yerli güc strukturları ölkənin təhlükəsizliyinin təmin edilməsində nəzərəçarpacaq iş görməyə müvəffəq olmayacaqlar. Əfqanıstan ordusunun və polisinin hazırlıq məsələsinə cavabdeh olan general belə hesab edir ki, Əfqanıstan ordusu 2011-ci ilin oktyabr ayının axırlarında bu işin öhdəsindən gəlməyə qadir olacaqdır. B.Kolduell həmin vaxtadək koalisiya qüvvələrinin dəstəyinin vacib olduğunu vurğulamışdır. Onun dediyinə görə, gələn ilin payız fəslinin ortalarına kimi Əfqanıstan ordusunun əsgər və zabitlərinin miqdarı 3500 nəfərə çatacaqdır. General Əfqanıstan ordusunda fiziki hazırlığın aşağı səviyyədə olduğunu, əsgər və zabitlər arasında elementar təhsil sisteminin kifayət dərəcədə yüksək olmadığını bildirmişdir. B.Kolduell Əfqanıstan hərbi qulluqçularının 80 faizdən çoxunun kitab oxuya bilmədiyini vurğulamışdır. ABŞ prezidenti adminstrasiyası koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılması müddəti kimi yerli ordu və polisinin ölkənin təhlükəsizliyinin təmin olunması işində başlıca vəzifələri öz üzərlərinə götürdükləri vaxtdan etibarən yerinə yetirilməsini nəzərdə tutmuşdur. Belə ehtimal edilir ki, bütün səlahiyyətlərin yerli güc strukturlarına verilməsi 2014-cü ilin axırlarında başa çatacaqdır.

Digər xəbərlər