PDF Oxu

Dünya

  • 10

İran yeni pilotsuz bombardmançı təyyarə yaradıb

İran yeni pilotsuz bombardmançı təyyarə yaradıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İranda "Karar" pilotsuz bombardmançı zərbə təyyarəsinin prezentasiyası keçirilmişdir. İran dövlət televiziyasının məlumatına görə, yeni pilotsuz uçan aparat üzərində dörd qanadlı raket və iki bomba daşımağa qadirdir. Prezentasiyada iştirak edən İran prezidenti Mahmud Əhmədinejad demişdir ki, yeni bombardmançı təyyarə respublika düşmənlərinin "ölüm elçisinə" çevriləcəkdir. "Röyter"in məlumatına görə, İran prezidenti dediklərinə onu da əlavə etmişdir ki, təmsilçisi olduğu ölkə "preventiv zərbələrə cavab vermək iqtidarında olmalıdır". 2010-cu ilin əvvəllərində İranda "Sofreh Mahi" pilotsuz bombardmançı təyyarənin uğurlu sınağı keçirilmişdir. İran mütəxəssisləri bu texnologiyaya görünməzlik və hipersəs qabiliyyəti aşılamağa cəhd etmişlər. Hazırda İranın silahlı qüvvəllərində "Əbabil", "Mühacir", "Şahad" və "Faraz" pilotsuz uçan təyyarələri təmsil olunur. İrana qarşı tətbiq edilən beynəlxalq embarqolar ölkə rəhbərliyini öz silahlarını istehsal etməyə məcbur etmişdir. 2010-cu ilin əvvəllərindən etibarən İranda "yer-dəniz" və "yer-yer" tipli raketlərin sınağı keçirilmiş və orta radiuslu zenit raketlərinin istehsalına başlanmışdır. Hazırda İran öz təyyarələrinin modernləşdirilməsinə başlamışdır.

Digər xəbərlər