PDF Oxu

Dünya

  • 11

Çində iqtisadi cinayətkarlığa görə ölüm hökmü ləğv ediləcək

Çində iqtisadi cinayətkarlığa görə ölüm hökmü ləğv ediləcək
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Çində iqtisadi cinayətkarlığa görə ölüm hökmünün ləğv ediləcəyi gözlənilir. Çinin cinayət məcəlləsində edilmiş dəyişiklik iqtisadi xarakterli cinayət əməlinin 13 maddəsi üzrə ölüm hökmünün yerinə yetirilməsi nəzərdə tutulurdu. Hazırda bu siyahıda 68 nəfərin adı verilir. Dəyişiklik edildikdən sonra cinayət maddələrində olan ölüm hökmlərinin müəyyən qismi ləğv ediləcəkdir. Çinin "Sinxua" agentliyinin məlumatına görə, dəyişiklik edilməsi haqda təklif Ümumçin Xalq Deputatları Məclisinin parlament komitəsinin nümayəndələrinə göndərilmişdir. Parlamentin rəsmi saytında bu yöndə qanunun qəbul edildiyi bildirilir, ancaq onu detalları haqda açıqlama verilmir. Çin il ərzində ölüm hökmü ilə cəzalandırma sahəsində dünyanın lider ölkəsi kimi tanınır. Beynəlxalq müdafiə təşkilatları buna görə dəfələrlə Çini tənqid atəşinə tutmuşlar. 2010-cu ilin mayında Çin rəsmiləri hüquq-müdafiə təşkilatlarının tövsiyələrini qəbul edib, cinayət məcəlləsində müəyyən dəyişiklik ediləcəyini bildirmişdilər.

Digər xəbərlər